Çin və Hindistan dövlət sərhədində gərginlik yaranıb. Hər iki tərəfdən yaralı əsgərlərin olduğu bildirilib.
Teleqraf.com xəbər verir ki, bu barədə AFR agentliyi bildirib.
Xatırladaq ki, bu gün Hindistan mediası da sərhəddə gərginlik olduğunu bəyan edib.
Əlavə edək ki, Hindistan və Çin Kəşmirin Ladak bölgəsində sərhəd problemlərini həll etmək üçün 15 saat davam edən müzakirə aparmışdı.