İngiltərənin keçmiş baş naziri Qordon Braun yeni müstəqillik referendumuna çağırış edən Şotlandiyadakı narazılığın Birləşmiş Krallığın birliyini təhdid etdiyini söyləyərək, hökuməti təcili islahatlar keçirməyə çağırıb.
Teleqraf.com xəbər verir ki, Braun İngiltərənin təcili olaraq onu birləşdirən şeyləri yenidən kəşf etməsi və cəmiyyəti parçalayan problemləri həll etməsi lazım olduğunu bildirib.
Sabiq baş nazir Birləşmiş Krallığın dağılma təhlükəsinə və pandemiyadan sonra Şotlandiya, Uels və Şimali İrlandiyada artan narazılığa diqqət çəkib: “Həqiqətən Şotlandiyadakı narazılıq o qədər dərindir ki, Birləşmiş Krallığın sonunu təhdid edir”.
Braun insanların özlərinə ikinci dərəcəli vətəndaşlar kimi yanaşıldığını düşündüklərini və təkcə ingilis siyasətçiləri deyil, ölkənin bütün qurumlarına olan inamın itdiyini söyləyib.