23 Oktyabr 2014 21:50
781
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Kanadada baş verən son qanlı hadisə sübut etdi ki, terrorla mübarizədə ikili standart siyasəti yürüdərək, terrora qarşı mübarizə aparmaq olmaz”.

“RİA Novosti”yə istinadən xəbərinə görə, bunu Rusiya Prezident Administrasiyasının rəhbəri Sergey İvanov bildirib.

"Çeçenistanda müharibə olarkən biz açıq şəkildə bəyan etdik ki, terrorizm və ekstremizm yalnız Rusiyanın problemi deyil. O zamandan bəri artıq on il keçib, bu gün vəziyyət nə yerdədir? Məncə, dünən Ottavada baş verənlər buna sübutdur. Terrorizmlə mübarizə o zaman müsbət nəticə verər ki, buna qarşı mübarizə səyləri birləşdirilsin və ikili standartlar aradan qaldırılsın” - deyə İvanov qeyd edib.


Müəllif:

Oxşar xəbərlər