1 Fevral 2021 01:36
478
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əlverişsiz hava şəraiti Anadolu coğrafiyasında böyük problemlər yaratmaqdadır. Türkiyənin bir tərəfində qarlı şaxtalı həyat, digər yerlərində isə yağış və leysanlı günlər yaşanır.

Teleqraf.com xəbər verir ki, Hatay şəhərinin Antakya rayonu da sel sularına təslim olub. Güclü külək evlərin çardağını atıb.

Rayonun Kuzeytəpə məhəlləsində yolları sel basması səbəbindən çox sayda avtomobil, o cümlədən şəhərdaxili avtobuslar su altında qalıb. Güclü daşqın sütunların altını yuyaraq bir körpünü sıradan çıxarıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər