4 Fevral 2021 00:38
1 544
12 Punto 14 Punto 16 Punto 18 Punto

PKK/YPG terror təşkilatı 20 gündür Suriyadakı Bəşər Əsəd rejiminin Haseke, Qamışlı və Şəhba bölgələrindəki hərbi mövqelərini mühasirədə saxlayır.

Teleqraf.com xəbər verir ki, dünən məsələ ilə əlaqədar PKK/YPG və Rusiya arasında keçirilən görüş də nəticəsiz başa çatıb.

Görüşdən sonra da mühasirə davam edib. Əsəd rejimi mühasirəni dayandırmaq çün PKK/YPG-yə çağırış edib: “Mühasirə tam ləğv edilməsə, bölgəyə “Vaqner” qüvvələrini göndərəcəyik”.

Qeyd edək ki, Rusiya və Hizbullah Əsəd rejiminin YPG/PKK ilə toqquşduğu Qamışlıya hərbi qüvvə göndərib. Rusiyanın son 10 gündə Qamışlıya 250 hərbçidən ibarət qüvvə göndərdiyi açıqlanıb. Hizbullah isə bölgəyə 150 yaraqlısını göndərib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər