Kuveytdə xarici vətəndaşların ölkəyə girişi qadağan edilib.
Teleqraf.com xəbər verir ki, Kuveytdə koronovirus pandemiyasının sürətlə yayılması səbəbindən 2 həftəlik xarici vətəndaşların ölkəyə girişinə qadağa qoyulub.
Bu müddət ərzində yalnız Kuveyt vətəndaşlarının ölkəyə girişinə icazə veriləcək.
Bununla yanaşı, axşam saat 20:00-dan səhər saat 05:00-a qədər bütün ticarət və iaşə obyektlərinin fəaliyyəti dayandırılacaq.
Yalnız aptek və marketlərin işləməsinə icazə veriləcək.
Qeyd edək ki, Kuveytdə 410 167 nəfər koronavirusa yoluxub, onlardan 961 nəfər dünyasını dəyişib.