10 Fevral 2021 16:04
1 209
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tailandda COVID-19 infeksiyasına bənzəyən yeni virus aşkarlanıb.

Teleqraf.com xəbər verir ki, elm adamları koronovirusun mənşəyini araşdıran zaman Tailandın şərq hissəsində yeni virusu kəşf ediblər.

Tapılan virusa “RacCS203” adı verilib. Yeni virus 90 faiz COVID-19-a bənzəyir. Onun yarasalardan yayıldığı ehtimal olunur.

Araşdırmalarda iştirak edən Sinqapur Universitetinin professoru Lin-Fa Vang bildirib ki, Asiyanın müxtəlif bölgələrində COVID-19-un yaranmasına səbəb olan Sars-CoV-2-nin növləri var.

Virus hələlik yalnız Tailandda mövcuddur.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər