“Minsk razılaşmasına əsasən, Ukrayna Donetsk aeroportunu tərk etməlidir”.
Teleqraf.com-un UNİAN-a istinadən məlumatına görə, müvafiq bəyanatla Rusiya Federasiyasının prezidenti Vladimir Putin çıxış edib. O, bildirib ki, tərəflər əldə olunan razılığa heç də tam şəkildə riayət etmirlər.
Putinin sözlərinə görə, əldə olunmuş atəşkəs razılaşmasının şərtlərinə uyğun olaraq, Ukrayna silahlı qüvvələri Donetsk aeroportunu təhvil verməli idilər: “Lakin bu və bir sıra digər şərtlərə əməl olunmayıb”.
Rusiyanın dövlət başçısı Ukraynaya növbəti ultimativ tələbini aeroport yaxınlığında Donetsk separatçılarının ailələrinin yaşaması ilə əlaqələndirib.
Bəlli olduğu kimi, Donetsk aeroportunun hökumət qüvvələri tərəfindən müdafiəsinə mayın sonunda başlanılıb. Terrorçuların arası kəsilməyən cəhdlərinə baxmayaraq, aeroportu tutmaq onlara müvəffəq olmayıb. Donetsk aeroportu hazırda Ukrayna ordusunun nəzarəti altındadır.
Nail Cəlil