İran-Əfqanıstan sərhədində yerləşən gömrük-keçid məntəqəsində neftlə yüklənmiş tankerdə dəhşətli partlayış qeydə alınıb.
Teleqraf.com xəbər verir ki, İran Gömrük Nazirliyinin sözçüsü Seyid Ruh Latifi faktı təsdiq edib.
Bildirib ki, partlayış gömrük məntəqəsində, saat 12:30-da baş verib. Partlayışın sərhədin Əfqanıstan tərəfində olduğu, bu səbəbdən də gömrük qapısının bir müddət fəaliyyətini dayandırdığı məlum olub.
Videogörüntülərdə partlayışdan sonra insanların və avtomobillərin həyacanla hadisə yerindən qaçdığı görünür.