Yunanıstanın paytaxtı Afinada yağan aramsız yağışlar daşqınlara səbəb olub.
Afinanın qərb rayonlarında qəfildən gələn sel çoxsaylı dağıntılar törədib.
Güclü axın onlarla avtomobili özü ilə sürükləyərək aparıb.
Məlumata görə, sel zamanı 30-a yaxın avtomobilə ziyan dəyib.
Daşqın suları evlərin zirzəmilərini basıb. Afina sakinləri şəhərdə drenaj sistemlərinin yaxşı işləməməsindən hökumətə şikayət ediblər.
Sel zamanı şəhərə 100 min avrodan çox ziyan dəyib.