Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
Teleqraf.com xəbər verir ki, telefon danışığı zamanı Putin və Paşinyan Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Dağlıq Qarabağla bağlı 9 noyabr üçtərəfli bəyanatının,eləcə də 11 yanvar 2021-ci üçtərəfli sammitdə əldə olunan razılıqların həyata keçirilməsi aspektlərini müzakirə ediblər
Bundan başqa, Rusiya-Ermənistan əməkdaşlığının bir sıra aktual məsələlərinə toxunulub.