19 Fevral 2021 23:28
593
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının Adana, Hakkari, İstanbul, Manisa, Malatya, Şanlıurfa və Tokatdakı qadın təşkilatlarının VI Konqresində çıxış edib.

Teleqraf.com xəbər verir ki, o, son zamanlarda Türkiyədə əhalinin artımında azalmanın olduğunu bildirib.

“Əhalimizin artım sürətinin təxminən yarıya qədər azaldığını gördük. Bu tendensiya ilə əhalimiz çox da uzaq olmayan bir dövrdə azalmağa başlaya bilər”, - Türkiyə lideri bildirib.

Ərdoğan azalmanın qarşısının alınması üçün tədbirlərin görüləcəyini söyləyib:

“Avropa ölkələri uzun müddətdir bu təhdidlə üz-üzədir. Türkiyənin eyni aqibətlə üzləşməsinə imkan verməyəcəyik.

Qadın əlinin toxunduğu, qadın qəlbinin həsr olunduğu, qadın qətiyyətinin rol oynadığı heç bir işin uğursuz olmaq şansı yoxdur”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər