Türkiyə Daxili İşlər Nazirliyi həmsədr Pərvin Buldan da daxil olmaqla Xalqların Demokratik Partiyasından (HDP) olan 9 millət vəkilinin parlament toxunulmazlığının ləğvi üçün vəsatət qaldırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Halk” TV məlumat yayıb.
Deputat toxunulmazlığının ləğvi tələb olunan millət vəkilləri arasında HDP-nin erməni əsilli üzvü Qaro Paylan da var.
Paylandan başqa Fatma Kurtulan, Hüda Kaya, Meral Danışbeştaş, Hakkı Saruhan Oluç, Serpil Kemalbay Pekgözegü, Sezai Temelli, Pero Dündar və Pervin Buldanın adları siyahıya daxil edilib.
Sənəd Türkiyə Böyük Millət Məclisinə təqdim olunması üçün Ədliyyə Nazirliyinə verilib.
Həmin şəxslər 2014-cü ilin oktyabr ayında baş verən terror hadisələri (Kobani olayları) vaxtı insanlara küçələrə çıxmağa çağırış etməkdə şübhəli bilinirlər.