Qırğızıstan Prezidenti Sadır Japarov Rusiyaya səfəri zamanı Vladimir Putinə qılınc hədiyyə edib.
Teleqraf.com xəbər verir ki, bu barədə o, “Rossiyskoy qazeta”ya verdiyi müsahibə zamanı bildirib.
“Bu qılınc burada, Qırğızıstanda çox yaxşı sənətkarlar tərəfindən hazırlanıb”, – deyə Japarov qeyd edib.
Qeyd edək ki, Qırğızıstanın yeni prezidenti Sadır Japarov 24-25 fevral tarixlərində Rusiyada səfərdə olub.
O, Vladimir Putinlə, Baş nazir Mixail Mişustinlə, habelə Federasiya Şurasının sədri Valentina Matviyenko və Dövlət Dumasının sədri Vyaçeslav Volodinlə görüşüb.