27 Fevral 2021 10:22
1 817
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Ərbil və Bağdaddakı hərbi bazasına endirilən zərbəyə cavab həmləsi ilə bağlı yeni təfərrüatlar ortaya çıxıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü John Kibry məlumat verib.

Pentaqon rəsmisi bildirib ki, əks-hücumda iki ədəd F-15 qırıcısı iştirak edib:

"Qırıcılar 7 ədəd raket zərbəsi endirərək 9 binanı tamamilə yox edib. İki bina isə istifadəsiz hala salınıb. Binalar Suriya ilə İraq arasında Əl-Bukemal sərhəd keçid nöqtəsində yerləşir. Bu obyektlərdən İranın müttəfiqi olan milis qüvvələri istifadə edirdi. Hücum zamanı öldürülənlər haqqında da əllərində informasiya var, lakin prosesin davam etməsi səbəbindən bu məlumatları paylaşa bilmirik. ABŞ Konqresi hücumla bağlı məlumatlandırılıb".

J. Kibry deyib ki, bu hücum müdafiə məqsədilə olduğundan BMT-nin 51-ci maddəsinə uyğundur.

Qeyd edək ki, ABŞ-ın İraqdakı əsgərlərinin olduğu iki bazaya silahlı qruplar tərəfindən hücum edilib: Ərbil hava limanına fevralın 15-də, Bağdadın Yaşıl Bölgəsindəki bazaya isə fevralın 22-də.

ABŞ Prezidenti Co Bayden də keçirdiyi mətbuat konfransında bu barədə danışıb: “Cəzasız qalmayacaqlar. Onlara "Diqqətli olun" - mesajını verdik”.


Müəllif: Cavad

Oxşar xəbərlər