1 Mart 2021 23:43
1 558
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstraliya Baş naziri Skott Morrison kabinetindəki bir nazirin 33 il əvvəl azyaşlı qıza təcavüz etdiyini dair iddianı araşdırıb.

Teleqraf.com xəbər verir ki, baş nazir təcavüz iddialarının özünü doğrultmadığını bildirib.

Morrison kabinetindəki bir nazirin 1988-ci ildə 16 yaşlı bir qıza təcavüz etdiyinə dair keçən həftə ofisinə göndərilən anonim məktubla əlaqədar açıqlama verib.

Sözügedən məktubu polisə göndərdiyini bildirən Morrison bu iddianı federal polis komissarı ilə müzakirə etdiyini deyib: “Nazir təcavüz iddialarını qətiliklə rədd edir”.

Məktubda nazirin 1988-ci ildə Yeni Cənubi Uels ştatında bir qıza təcavüz etdiyi iddia olunur.
Təcavüzə məruz qalan qadının 2020-ci ilin fevralında polisə şikayət etdikdən sonra iyun ayında intihar etdiyi açıqlanıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər