3 Mart 2021 11:17
5 899
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Pandemiyadan sonra qlobal böhranı aradan qaldırmağa çalışan Rusiya, Çin və ABŞ-dan fərqli olaraq, İngiltərə özü üçün iqtisadi təsir zonası yaratmaq üçün sürətlə hərəkətə keçib, başlanğıc nöqtəsi kimi də Qafqazı seçib”.

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı analitik Mixail Xazin deyib.

Rusiyalı ekspert artıq Böyük Britaniyanın böyük oyuna girmək üçün ciddi səylər göstərdiyini söyləyib:

“İndi dünyanı “partlatmaq” kimə lazımdır? Bütün iştirakçılara baxırsınızsa, ikisi vəziyyəti mümkün qədər düzəltməkdə maraqlıdır, bu, ABŞ və Çindir. Çünki çöküşün başlanğıcı onları resursların əksəriyyətindən məhrum edir. Bir tərəfdə də bu oyunda uzun müddət qalmaq istəyən Rusiya var. Digər tərəfdə oyuna daxil olmaq istəyən Böyük Britaniya dayanıb. Ona tamhüquqlu oyunçu olmaq üçün valyuta zonası, bu məqsədlə nəzarət edə biləcəyi böyük ərazilər lazımdır”.

Xazin Cənubi Qafqazın geosiyasətdə gözlənilmədən fəallıq göstərən Britaniyanın hədəfində olduğunu iddia edib:

“Böhran nə qədər sürətli baş verərsə, bu xaosun içərisində özünün tamhüquqlu zonasını qurmaq üçün o qədər çox vəsait qoyacaq. Bunun üçün mürəkkəb mexanizmlərdən istifadə etməyə ehtiyac yoxdur, sadə mexanizmlər tətbiq etmək lazımdır - bu da “partlayış”dır. İlk belə cəhdin başlanğıc nöqtəsi Qafqazdır”.

Ekspert hesab edir ki, Cənubi Qafqazla yanaşı, dünyanın bir sıra digər bölgələrində baş verən olaylarla İngiltərə siyasi elitasının əlaqəsi var:

“Biz Böyük Britaniyanın Odessa üzərindən Türkiyə-Polşa dəhlizi yaratmaq üçün çox fəal siyasət yürütdüyünü görürük. Qafqazda da bunu müşahidə edirik. Rusiyanın Uzaq Şərqində də özünü göstərmək səylərini sezirik”.

O, Britaniyanın geosiyasətdə əsas müttəfiqinin Türkiyə olduğunu bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər