ABŞ-da 5-ci nəsil F-35 qırıcılarının istehsalının yüksək maliyyə ilə başa gəlməsi fonunda texniki problemlərin olması ciddi tənqid edilir.
Teleqraf.com xəbər verir ki, Konqresin Nümayəndələr Məclisinin Silah xidmətləri komitəsinin sədri Adam Smit F-35-lər haqqında “pul xərcləməyi dayandırın” çağırışını edib.
Smit Vaşinqtonda Brookings İnstitutunda keçirilən seminarında çıxış edərkən F-35 proqramını “uğursuzluq” kimi qiymətləndirib. Eyni zamanda 5-ci nəsil hərbi təyyarələrin yaxşı işləmədiyini və bahalı olduğunu deyib. Bu qədər aşağı potensial qırıcılar üçün belə yüksək məbləğdə pul xərclənməməsinin lazım olduğuna diqqət çəkib.
Həmçinin Pentaqona F-35-lərin əvəzinə başqa hərbi qırıcıların istehsalı üçün yatırım etməyi tövsiyə edib.