ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) güney azərbaycanlı alim Maidə Müvəssəq Qaraməlikiyə məktub göndərib.
Teleqraf.com-un xəbərinə görə, NASA-dan göndərilən məktubda gənc xanımın Aya təhlükəsiz və rahat uçuşlar barədə fəaliyyətləri və məqaləsi təqdir olunub.
Qaraməlikinin məqaləsində Aya səfər edən astronavtların problemlərinin həlli və ilkin ehtiyaclarını ödəmək üçün onların geyim formalarına quraşdırılan sistemdəki çatışmazlıqlarının aradan qaldırılmasından bəhs edilir.
Dünyanın müxtəlif ölkələrindən bu mövzuda yazılan məqalələr arasından elmi dəyərinə görə bir neçə məqalə seçilib. Maidə Müvəssəq Qaraməlikinin məqaləsi ilə yanaşı, bir amerikalı və bir kanadalı alimin də eyni mövzuda məqalələri təqdir olunub.