10 Mart 2021 16:18
2 146
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərənin Xarici işlər naziri Dominik Raab Estoniya və Norveçlə Rusiya təhlükəsini müzakirə edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə İngiltərə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Rəsmi açıqlamaya görə, Raab Rusiyanın yaratdığı regional təhdidlə bağlı danışıqlar üçün Tallin və Osloya gedəcək. Gündəlikdə iqlim dəyişikliyi məsələləri də olacaq.

İngiltərənin xarici işlər naziri həmfikir ölkələrə səfəri ərəfəsində qeyd edib ki, Rusiyanın regional təhlükəsizliyə təhdidi ən çox qonşuları tərəfindən hiss olunur. Onun sözlərinə görə, Böyük Britaniya həm hərbi, həm də digər istiqamətlərdə Rusiyanın sabitliyi pozan fəaliyyətlərinə qarşı mübarizədə Baltikyanı və Skandinaviyadakı dostları ilə çiyin-çiyinə dayanmaq niyyətindədir.

Raab bu gün bu məqsədlə Tallində Estoniya Prezidenti Kersti Kalyulaydla görüşəcək və hər üç Baltikyanı ölkənin nümayəndələri ilə danışıqlar aparacaq. Pandemiyadan sonra tərəflərin təhlükəsizlik və bərpa məsələlərini həll edəcəyi planlaşdırılır.

Ölkənin baş diplomatı martın 11-də Osloya gedəcək və Norveç rəsmiləri ilə yanaşı, Danimarka, Finlandiya, İslandiya, Norveç və İsveç xarici işlər nazirləri ilə iqlim dəyişikliyi və düşmən dövlətlərin yaratdığı təhdidləri müzakirə edəcək.


Müəllif: Mənsur Rəğbətoğlu