Əfqanıstanın qərbində yerləşən Herat vilayətində bombaların yükləndiyi avtomobilə edilən hücum zamanı 8 nəfər ölüb.
Teleqraf.com-un məlumatına görə, vilayətin valisi Sayad Vahid Katali bildirib ki, hücum zamanı polis idarəsi hədəfə alınıb.
Hücum zamanı mülki insanlar daxil olmaqla 53 nəfər də yaralanıb. Ətrafdakı onlarla evə də zərər dəyib.
Rəsmi Əfqanıstan hücuma görə Taliban hərəkatını ittiham edib.