27 Oktyabr 2014 23:12
955
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Birliyi (AB) Komissiyası İngiltərənin ödəməyəcəyini açıqladığı 2,1 milyard avroluq ortaq büdcə fakturasının təxirə salınmasının anlaşılmaaz olduğunu bildirib.

Teleqraf.com-un “TRT Haber”ə istinadən məlumatına görə, büdcəyə məsul AB Komissarı Jacek Dominik bu məbləğ müəyyənləşdirilərkən İngiltərənin narazılıq və etiraz etmədiyi söyləyib. O, mətbuata açıqlamasında İngiltərənin yeni fakturanı razılıqla qarşılamalı olduğunu vurğulayıb: “Çünki AB Komissiyası üzv ölkələrin təyin etdiyi meyarlara görə hesablama aparır”.

Büdcə Komissarı Dominik, əlavə edib ki, ödəmənin gecikdiriləcəyi təqdirdə İngiltərə qaydalara uyğun olaraq, cərimələnə də bilər.

AB Komissiyası, üzv ölkələrin ortaq büdcəyə edəcəkləri ödənişi keçən həftə yeni iqtisadi məlumatlara əsaslanaraq, fərqli bir sistemlə yenidən hesablamış və İngiltərədən 1 dekabra qədər 2,1 milyard avro ödəməsini tələb etmişdi.

İngiltərə Baş naziri Devid Kameron isə 23-24 oktyabrdakı AB Zirvəsinin ardından Brüsseldə təşkil etdiyi mətbuat konfransında, "Fakturanı 1 dekabrda ödəməyəcəyəm" ifadəsini işlətmişdi.

Kameron "Dərhal çek dəftərini götürüb 2 milyard avro yazmayacağıq, bu olmayacaq" deyərək, AB Komissiyasından bu fakturanı izah etməsini istəyəcəklərini və bunu maneə törətmək üçün Brüsselin əlavə faktura göndərdiyi Hollandiya, İtaliya və Yunanıstan kimi digər üzv ölkələrlə birgə hərəkət edəcəklərini qeyd etmişdi.

Nail Cəlil


Müəllif:

Oxşar xəbərlər