17 Mart 2021 13:07
1 162
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Qafqazda terror aktı hazırlamaqda şübhəli bilinən bir şəxs Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) tərəfindən həbs olunub.

Teleqraf.com xəbər verir ki, bu barədə FSB açıqlama yayıb.

Adıgey Respublikası ərazisində keçirilən əməliyyat nəticəsində bir İŞİD terrorçusu saxlanılıb. Məlumata görə, İŞİD-çi Adıgeydə terror aktı hazırladığına görə tutulub.

Terrorçunun Orta Asiya respublikalarından birinin vətəndaşı olduğu bildirilib. Əməliyyatdan sonra terror aktına hazırlıq maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, FSB-nin yanvar-fevral aylarında keçirdiyi əməliyyat nəticəsində çox sayda terrorçu saxlanılıb, iki silahlı şəbəkə çökdürülüb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər