24 Mart 2021 15:54
741
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqının Xarici və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel Rusiyanı “təhlükəli qonşu” adlandırıb, ancaq qarşılıqlı maraq doğuran məsələləri həll etmək üçün əlaqə kanallarını açıq saxlamağa çağırıb.

Teleqraf.com xəbər verir ki, o deyib:

“Biz mütləq Rusiya ilə əlaqə kanallarını müzakirə etməliyik. Rusiya qonşudur, təhlükəli qonşudur, lakin ortaq maraqlarımız olan bəzi məsələləri onlarla bölüşməliyik”.

Onun sözlərinə görə, ümumi maraq kəsb edən məsələlərə İranla nüvə anlaşması və ya iqlim dəyişikliyi daxildir.

“Ancaq eyni zamanda biz Rusiyanı çəkindirməli və ona müqavimət göstərməliyik”, – deyə Borrel bildirib.


Müəllif: Səxavət

Oxşar xəbərlər