26 Mart 2021 10:15
803
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanının Cazandakı neft obyekti raket hücumuna məruz qalıb.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Enerji Nazirliyinin rəsmisi SPA agentliyinə bildirib.

Xəbərdə hücum səbəbindən anbarlardan birində yanğın başladığı, amma insan itkisinin olmadığı qeyd edilib.

Eyni zamanda raketin haradan atıldığı ilə bağlı da informasiya verilməyib.

Qeyd edək ki, Yəmən hökumətinə dəstək verən Səudiyyə Ərəbistanı liderliyindəki koalisiya qüvvələri bundan əvvəl verdiyi açıqlamalarda bildirib ki, İran tərəfindən dəstəklənən Husilərin Səudiyyəyə göndərdiyi 6 ədəd dron vurulub. Eyni zamanda qeyd edilib ki, Husilər əsasən Cazan və Necran universitetlərini hədəf alıblarmış.


Müəllif: Cavad

Oxşar xəbərlər