27 Mart 2021 16:32
645
12 Punto 14 Punto 16 Punto 18 Punto

Myanmada hakimiyyət çevrilişini həyata keçirən ordu bu gün xalq etirazlarını yatırtmaq üçün ən azı 56 nəfərin həyatına son qoyub.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkədəki Myanma.now internet saytı məlumat yayıb.

Bildirilib ki, Yanqon, Mandalay, Myeik, Meikhtila və digər şəhərlərdə keçirilən etirazlara müdaxilə edən ordu insanlara atəş açıb. Qarşıdurmada ən azı 56 aksiya üzvünün öldürüldüyü ehtimal olunur.

Siyasi fəal Keren Khin isə deyib ki, öldürülən insanların sayını dəqiqləşdirmək mümkün olmayıb:

“Öldürülən bəzi etirazçıların cəsədləri əsgərlər tərəfindən götürülüb. Bu sbəbdən ölü sayını tam müəyyən edə bilmirik”.

Ümumilikdə ehtimal olunur ki, bu ölkədə son dövlət çevrilişindən sonra baş verən etirazlar zamanı öldürülən insanların sayı 400 nəfərdən çoxdur.


Müəllif: Cavad