Tanzanyanın paytaxtı Dodomada keçirilən sabiq prezident Con Magufuli ilə vida məraisimində faciə yaşanıb.
Teleqraf.com xəbər verir ki, mərasimdə iştirak etmək üçün insanların axışdığı stadionda izdihamın yaşanması səbəbindən 45 nəfər vəfat edib.
Polis bəyan edib ki, izdihamda vəfat edənlərdən 5 nəfər bir ailənin üzvüdür.
Qeyd edək ki, mərhum prezident Covid-19 pandemiyasının olmadığını iddia edərək iştirak etdiyi tədbirlərdə qoruyucu maska taxmırdı.