2 Aprel 2021 11:27
735
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın PKK/YPG terror təşkilatı ilə güclü əlaqələri var.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın Suriya üzrə keçmiş nümayəndəsi Uilyam Robak deyib.

Terrorçularla mütəmadi olaraq görüşdüyünü etiraf edən sabiq diplomat vəzifədə olduğu dövrdə belə görüşlərin az qala hər gün keçirildiyini bildirib.

O, YPG lideri, general Mazlum Kobani ilə də dəfələrlə görüşdüyünü söyləyib.

Robak İngiltərə, Fransa, İtaliya və Almaniyanın YPG-yə dəstək verdiyini, Səudiyyə Ərəbistanı və BƏƏ-nin isə maliyyə ayırdığını dilə gətirib:

“ABŞ Silahlı Qüvvələrindən təmasda olduğum şəxslər bu günədək təlim verdikləri ən yaxşı qrup olduğunu deyirlər. Onlar təhlükəsizliyimizin onurğası idi, əla dostlardı. Ordumuzla problemsiz əməkdaşlıq etdilər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər