10 Aprel 2021 15:50
475
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransada 2022-ci ildə keçiriləcək prezident seçkilərində Milli Birlik Partiyasının sədri, qatı millətçi Marina Le Pen də iştirak edəcək.

Teleqraf.com-un məlumatına görə, Le Pen keçirdiyi mətbuat konfransında bildirib ki, ölkədə keçirilən sorğular göstərir ki, 2022-ci ildəki prezident seçkiləri iki turda olacaq.

“Anketlər də ilk dəfə qələbənin mənim olacağını göstərir” ifadəsini işlədən Le Pen bildirib ki, seçkilərdə iştirak edəcək.

Xatırladaq ki, Le Pen 2017-ci ilə keçirilən prezident seçkilərində iştirak edib. O, seçkilərin birinci turunda 21,3, ikinci turunda isə 33,9 faiz səs toplamışdı.

Əlavə edək ki, 2022-ci il seçkilərində indiki prezident Emmanuel Makron da iştirak edəcək. Görünən budur ki, Makrona qarşı ən ciddi rəqib Le Pen olacaq.


Müəllif: Cavad

Oxşar xəbərlər