13 Aprel 2021 13:16
1 644
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tayvan Çin Silahlı Qüvvələrinə məxsus 25 döyüş təyyarəsinin hava məkanını pozduğunu açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Tayvan Müdafiə Nazirliyi hava məkanını pozan Çin döyüş təyyarələrindən 14-nün “J-16”, 4-nün “J-10” döyüş təyyarələri, 4-ün “H-6K” bombardmançı təyyarələri, birinin “Kj-500” kəşfiyyat tayyərisi, 2-nin də “Y-8” dəniz patrulları olduğunu bildirib.

Nazirlik Çinin döyüş təyyarələrini hava sahəsindən çıxması üçün Tayvanın öz döyüş təyyarələri və hava müdafiə sistemlərinin işə saldığını vurğulayıb.

Pozuntu ABŞ Dövlət katibi Entoni Blinkenin Çinə Tayvanla bağlı xəbərdarlıq etməsindən sonra baş verib.

Blinken dünən verdiyi açıqlamada Pekinin Tayvana qarşı təcavüzkar münasibətinin və Tayvan boğazında artan gərginliyin narahatlığa səbəb olduğunu deyib.

Bölgədə sülh və təhlükəsizliyi təmin etmək üçün Tayvana verdikləri vədin arxasında olduqlarını vurğulayan Blinken qeyd edib: “Sizə deyə bilərəm ki, Tayvanın mövcud status-kvosunu zorla dəyişdirməyə çalışmaq ciddi bir xəta olardı”.

Çin martın 26-da da 20 döyüş təyyarəsi ilə tayvanın hava sərhədlərinə müdaxilə etmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər