ABŞ Prezidenti Co Bayden və Almaniya Kansleri Angela Merkel Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiklərini bildiriblər.
Teleqraf.com xəbər verir ki, Ağ Evdən verilən açıqlamada iki lider arasında telefon danışdığı olduğu deyilib.
“Liderlər Rusiyanın Ukrayna ilə sərhədində və işğal altındakı Krımdakı hərbi qevvələrinin artmasından narahatlıqlarını dilə gətiriblər. Eybi zamanda bir daha Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiklərini ifadə ediblər”, - açıqlamada vurğulanıb.