“Qarşılıqlı cavab prinsipindən imtina etməmişik, hər şey Rusiya Prezidenti Vladimir Putinin qərarından asılı olacaq”.
Teleqraf.com xəbər verir ki, bunun Rusiyanın ABŞ-ın sanksiyaları və 10 rusiyalı diplomatın bu ölkədən çıxarılmasına mümkün cavabı haqda danışan Kremlin sözçüsü Dmitri Peskov söyləyib.
“Ümumiyyətlə, bu kimi məsələlərdə qarşılıqlı cavab prinsipindən imtina edilməyib. Amma hər şey dövlət başçısının verəcəyi qərardan asılı olacaq”, - Peskov qeyd dib.
Qeyd edək ki, dünən ABŞ Prezidenti Co Bayden Rusiyaya qarşı yeni sanksiyaları nəzərdə tutan qanun layihəsini təsdiqləyib.