30 Oktyabr 2014 06:40
811
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 28-də Skopye şəhərinin mərkəzində Makedoniyanın hökumət binası atəşə tutulub.

Teleqraf.com-un RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Makedoniyanın daxili işlər naziri Qordana Yankulovska bəyan edib.

Onun sözlərinə görə, binaya iki mərmi buraxılıb. Hadisə nəticəsində xəsarət alan olmayıb, binaya cüzi ziyan dəyib. Yaxınlıqda yaşayan sakinlər partlayış səsini eşitdiklərini bildiriblər. Polis hadisə ilə əlaqədar araşdırma aparır.


Müəllif:

Oxşar xəbərlər