30 Oktyabr 2014 13:21
804
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT İsraili Şərqi Qüdsdə məskunlaşmanı dondurmağa çağırıb.

Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə BMT baş katibi Pan Gi Mun açıqlama verib.

Onun sözlərinə görə, İordaniyanın tələbi ilə toplaşan Birləşmiş Millətlər Təhlükəsizlik şurası məsələni müzakirə edib. Müzakirələr zamanı çıxış edən BMT-nin siyasi işlər üzrə sədri Ceffri Feltman İsrailin bu məsələdə beynəlxalq hüququ pozurduğunu deyib: “Məskunlaşma planları İsrailin Fələstinlə tam sülhə nail olmaq öhdəliyini şübhə altında qoyacaq”.

Qeyd edək ki, İsrail hökuməti bu həftə ərzində Şərqi Qüdsdə mindən çox yeni mənzil tikintisinə razılıq verib.


Samir


Müəllif:

Oxşar xəbərlər