24 Aprel 2021 08:05
578
12 Punto 14 Punto 16 Punto 18 Punto

Argentinanın nəqliyyat naziri Mario Meoni yol qəzasında həlak olub.

Teleqraf.com xəbər verir ki, bu barədə TN telekanalı bildirib.

Məlumata görə, onun idarə etdiyi avtomobil çevrilib. Hadisə zamanı sükan arxasında nazir özü olub. O, avtomobildə tək imiş.

Nazir prezidentlə iştirak etdiyi Rosario şəhərindəki tədbirdən geri qayıdırmış.

Mario Meoni 2019-cu ilin dekabrında nazir vəzifəsinə təyin olunmuşdu.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər