“ABŞ Prezidenti Co Baydenin 1915-ci il hadisələri ilə bağlı açıqlamasının Türkiyə ilə ABŞ arasındakı hərbi əlaqələrə təsir etməyəcəyini gözləyirik”.
Teleqraf.com xəbər verir ki, bu sözləri Pentaqonun (ABŞ Müdafiə Nazirliyi) sözçüsü Con Kirby deyib.
O əlavə edib ki, Türkiyə ilə münasibətlərdə bir dəyişiklik olmasını gözləmirik:
“Türkiyə NATO-nun müttəfiqidir. Fərqli sahə və mövzularda bu əlaqələri davam etdirməyə və əlaqələri genişləndirməyə davam edirik. Prezidentin 1915-ci il hadisələri ilə bağlı açıqlamasının buna hər hansı bir şəkiləd təsir etməsini gözləmirik”.