Suriyada vətəndaş müharibəsinə qədər sayları 2 milyonu keçən xristian əhali hazırda 677 min civarındadır.
Teleqraf.com xəbər verir ki, suriyalı xristianlar Əsəd rejimi tərəfindən işgəncələrə məruz qaldıqlarını və beynəlxalq aləmdə istismar edildiklərini deyiblər.
Suriyadakı xristian rəhbərliyinin əksəriyyəti Suriya hökumətinin tərəfinə keçməyi seçsələr də, çoxsaylı suriyalı xristianların bunu dəstəkləmədiklərini və bəzilərinin müxalifətin fəal üzvləri olduqlarını qeyd ediblər.
2011-ci ildə müharibə başlayanda ölkədəki xristianların sayı 2,2 milyondan 2021-ci ildə 677 minə düşüb. Şamdakı bir kilsə səlahiyyətlisinin dediyinə görə, xristianlar İkinci Dünya Müharibəsindən sonra Suriya əhalisinin 25% -ni təmsil edirdi. 2021-ci ildə bu nisbət 3.6% -ə düşüb.