İsrail hökuməti Qüdsdəki “Əl-Əqsa” məscidinə girişə qoyduğu qadağanı ləğv edib.
Teleqraf.com-un “Sky News Arabia”-ya istinadən verdiyi xəbərə görə, bundan sonra məscidə gələn dindarlar üçün yaş məhdudiyyəti tətbiq ediləcək. Belə ki, 50 yaşdan aşağı dindarların məscidə girməsi qadağan olunub.
Bundan əvvəl İsrail Qüdsdəki “Əl-Əqsa” və Kubbə əs-Səhr məscid kompleksinə girişi qadağa etmişdi. Buna səbəb İsraildə sağçı ravvin İyequdu Qlikə edilən sui-qəsdən sonra baş vermiş iğtişaşlar olub.