Rusiya Liberal Demokrat partiyasının lideri Vladimir Jirinovski “prezident” sözünün dəyişdirilməsini təklif edib.
Teleqraf.com xəbər verir ki, siyasətçi ”prezident” sözünün ingilis dilindən gəldiyini deyib.
“İngiltərə və ABŞ-dakı uşaqlar bizə gülür, deyirlər, rusların lider mövqeyini müəyyən etmək üçün rusca sözləri yoxdur”.
Jirinovskinin fikrincə, Rusiyada dövlət başçısını “ali hökmdar” adlandırmaq ideal olardı.