Böyük Britaniya Kraliçası II Yelizavetanın həyat yoldaşı, Edinburq şahzadəsi Filipin rəsmi ölüm səbəbi açıqlanıb.
Teleqraf.com xəbər verir ki, keçən ay 99 yaşında vəfat edən şahzadənin rəsmi ölüm sənədinə “qocalıq” qeyd edilib.
Filipin ölümü üçün xəstəlik və ya başqa bir səbəb görülməyib.
“The Telegraph” xəbər verir ki, Filipin ölüm şəhadətnaməsi krallığın tibb evinə rəhbərlik edən Hyu Tomas tərəfindən təsdiqlənib.
İngiltərədə səhhəti tədricən pisləşən 80 yaşdan yuxarı xəstələrin ölüm səbəbi olaraq “qocalıq” göstərilə bilər.