5 May 2021 22:57
1 313
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Hərbi Hava Qüvvələrinin bölmələri Alyaska sahillərində Rusiyanın “Tu-95” təyyarələrinin intensiv uçuşlarının ciddi təzyiqi altındadır.

Teleqraf.com xəbər verir ki, bu barədə “Popular Mechanics” yazıb.

Qəzetin yazdığına görə, beş il ərzində Alyaska sahilləri yaxınlığında Rusiya təyyarələrinin qarşısının alınması sayı dəfə artıb. 2015-ci ildə 10, 2020-ci ildə 60 dəfə belə hal yaşanıb.

Rusiya Dövlət Aerokosmik Qüvvələrinin tez-tez Amerika ştatı ətrafındakı bufer zonada təlim uçuşları həyata keçirdiyi, ABŞ-ın hava sərhədlərini pozmadığı bildirilib. Rusiyanın manevrlərinə cavab olaraq, ABŞ-ın öz qırıcılarını havaya qaldırdığı, bölgədəki fəallığı müşayiət etdiyi diqqətə çatdırılıb.

ABŞ donanmasının zabiti David Kram bildirib ki, amerikalılar “Tu-95”-lərin qarşısını almaq üçün “F-22 Raptor” qırıcılarından, “E-3” xəbərdarlıq təyyarələrindən və tanker qırıcılarından istifadə etməli olurlar. Üstəgəl, hər belə məşqlərin ABŞ-ın yükünü artırdığını söyləyib. Hazırda ABŞ Hərbi Hava Qüvvələri komandanlığı Alyaskadakı pilotlarının işini asanlaşdırmaq üçün bir neçə variantı nəzərdən keçirir. Xüsusilə, bölgəyə “F-16” qırıcılarının göndərilməsi ehtimalı araşdırılır ki, bunların xüsusiyyətləri “Tu-95”-lərin qarşısını almağa imkan verəcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər