7 May 2021 10:42
1 288
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ növbəti dəfə Ukraynaya NATO üzvlüyü tədbirlər planının verilməsinə dəstək olub”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Ukrayna ətrafında yaranmış son duruma diqqət çəkib:

“Ukrayna Prezidenti Vladimir Zelenski Qərb ölkələri qarşısında məsələni qəti qoyub, o bildirib ki, Ukrayna NATO-ya üzv qəbul edilməlidir. Zelenskinin fikrincə, NATO Ukraynanın arxasında deyil, yanında olmalıdır. Zelenski haqlıdır, Ukraynanı illərdir NATO-nun qapısında gözlədirlər. Rusiya da bundan istifadə edərək Ukraynaya hərbi təzyiqi artırır.

Zelenskinin qətiyyətli mövqeyi ilk bəhrəsini verib. ABŞ növbəti dəfə Ukraynaya NATO üzvlüyü tədbirlər planının verilməsinə dəstək olub. Bu barədə Ukrayna prezidenti ofisinin rəhbəri Andrey Yermak Kiyevdə Prezident Vladimir Zelenski ilə ABŞ Dövlət katibi Entoni Blinken arasındakı görüşdən sonra bildirib.

İndi qalır Fransa və Almaniyanı inandırmaq. Paris və Berlin ikili oynayırlar, sözdə Ukraynaya dəstək ifadə edirlər, əməldə isə bu ölkənin NATO-ya üzvlüyünü illərdir əngəlləyir, bununla Rusiyanın aqressiv siyasətinə imkan yaradırlar. Odur ki, Amerikadan Paris və Berlini yola gətirmək tələb olunur”.


Müəllif: Mənsur Rəğbətoğlu