Türkiyə “F-35” beşinci nəsil qırıcı proqramı ilə bağlı ABŞ-la danışıqların bərpa olunduğunu elan ediblər.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə mətbuatında məlumat yayılıb.
Türkiyənin müdafiə sənayesi rəhbəri İsmail Dəmirin dediyinə görə, Vaşinqtondan Ankaraya “F-35” istehsalı ilə bağlı problemi həll etmək niyyətinin ifadə edildiyi məktub göndərilib.
“Artıq demişdik ki, heç bir ölkə birtərəfli qaydada F-35 proqramından kənarlaşdırıla bilməz. ABŞ-dan gələn son məktub da haqlı olduğumuzu təsdiqlədi”, - nazir bildirib.