13 May 2021 09:34
885
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus koronavirusa qarşı peyvənd olunub.

Teleqraf.com xəbər verir, ÜST-nin Baş direktoru bu barədə özünün "Twitter" hesabında paylaşım edib.

Qebreyesus insanları vaksinasiya prosesində iştirak etməyə çağırıb. O bildirib ki, peyvəndlər insanların həyatlarını xilas edir:

"Mənim kimi peyvəndlərin mövcud olduğu bir ölkədə yaşayırsınızsa, xahiş edirəm növbəniz gələndə peyvənd olunun".


Müəllif: Teleqraf.com