Qəzza ətrafında yaranmış vəziyyətlə bağlı BMT Baş Assambleyasının iclası keçirilə bilər.
Teleqraf.com xəbər verir ki, bu barədə BMT Baş Assambleyasının Prezidenti, 75-ci Sessiyasının SədriVolkan Bozkır "Twitter"də bildirib.
"Sabah keçiriləcək BMT Təhlükəsizlik Şurası və İslam Əməkdaşlıq Təşkilatının iclaslarından sonraŞərqi Qüdsdəvə işğal olunmuş Fələstin bölgəsindəki pisləşən vəziyyətlə əlaqədarüzv dövlətlərin tələbi olduğu təqdirdə, vəziyyəti müzakirə etmək üçün BMT Baş Assambleyasının iclasını çağıracağam", BMT Baş Assambleyasının Prezidenti bildirib.