16 May 2021 09:18
362
12 Punto 14 Punto 16 Punto 18 Punto

Venesuelanın 8 hərbçisi Kolumbiya silahlı qruplaşması tərəfindən əsir götürüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Venesuela Müdafiə Nazirliyi məlumat yayıb.

Hadisə martın 21-dən toqquşmaların davam etdiyi Kolumbiya ilə sərhəddə baş verib.

Venesuela Müdafiə naziri Vladimir Padrino Lopez bildirib ki, əsir götürülən 8 peşəkar hərbçi sağdır.

Xatırladaq ki, Kolumbiya ilə Venesuela arasındakı münasibətlər 2019-cu ilin fevralından pisləşib.

Buna səbəb Kolumbiya rəhbərliyinin Venesuela müxalifət lideri Xuan Kuaydonu Bolivariya Respublikasının müvəqqəti prezidenti kimi tanıması olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər