Mayın 10-dan etibarən fələstinli radikallar Qəzza zolağından İsrailin şəhərlərinə 2968 raket atıb.
Teleqraf.com-un məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidməti bildirib.
Məlumata əsasən, onlardan 439-u sərhəddən keçməyərək anklavın özündə düşüb. Bu da 20-yə yaxın fələstinlinin ölümünə səbəb olub:
"Həftənin əvvəlindən "Həmas" və "İslam Cihadi" qruplaşmaları İsrail istiqamətində 2968 raket atıb. Bu raketlərdən 439-u Qəzza zolağında partlamayıb, nəticədə təxminən 20 fələstinli öldü".