31 Oktyabr 2014 23:12
2 255
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyada hər yeddinci gənc britaniyalı Suriya və İraq ərazisində fəaliyyət göstərən “İslam Dövləti” (İŞİD) terror təşkilatına rəğbət bəsləyir.

Teleqraf.com-un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu nəticəyə "Populus" xidməti tərəfindən keçirilən sorğunun nəticələrinə əsasən gəlmək mümkündür. Sorğuda 1.2 min Britaniya sakini iştirak edib. Onlara dövlətlərin və təşkilatların siyahısı təqdim edilib və 10 ballıq şkala üzrə münasibətlərini bildirmək təklif edilib. Rəyi soruşulanların böyük qisminin - 88%-nin İŞİD-ə az bal verməsinə baxmayaraq, sorğuda iştirak edən 18-34 yaşlı şəxslərin 5.2%-i bu təşkilata 10-dan 9 bal verib.

Yaşı 25-dən az olan respondentlərin 14%-i, 25-34 yaşlıların isə 12%-i İŞİD-ə 7-9 bal verib ki, bu da gənclərin bu təşkilata rəğbətini ifadə edir.İ ŞİD-ə rəğbət bəsləyən gənclər arasında islamçılar böyük yer tutur. Ekspertlər onlar arasında az sayda qeyri-müsəlman, lakin Britaniya hökuməti və onun xarici siyasətindən narazı olanların olduğunu bildirirlər.


Müəllif:

Oxşar xəbərlər