19 May 2021 11:31
795
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Prezidenti Vladimir Zelenski Ali Radaya Krım tatar türklərinin statusunu gücləndirməyi nəzərdə tutan qanun layihəsi təklif edib.

Teleqraf.com xəbər verir ki, Prezident Zelenksi Krım tatarlarının sürgünü ilə bağlı etdiyi paylaşımda Ukraynada hər kəsin Krım tatarlarının faciəsini paylaşdığını bildirib.

Zelenski tək bir ölkə və ailə olaraq “onlar” deyil, “biz” dediklərini xatırladaraq bəyan edib ki, bu, Ukraynada ən azı 40 milyon Krım tatarlarının olduğunu göstərir.

Prezident daha əvvəl Krımın xilası strategiyasını qəbul etdiklərinə diqqət çəkərək bildirib ki, strategiya Krım tatar türklərinin haqlarının yenidən təsisini nəzərdə tutur.

Parlamentə yerli xalqlarla bağlı qanun layihəsi təklif etdiyini açıqlayan Zelenski ümid edib ki, qısa müddət ərzində deputatlar qanun layihəsini müzakirə edərək Krım tatarları başda olmaqla Ukraynada yerli xalqların statusunu gücləndirəcək və 30 ildir gecikən bu addımı reallaşdıracaqlar.


Müəllif: Cavad

Oxşar xəbərlər