19 May 2021 13:38
642
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın “Şimal axını 2” layihəsinə tətbiq etməyi planlaşdırdığı sanksiyalardan Almaniya kənar saxlanılacaq.

Teleqraf.com xəbər verir ki, Almaniyanın əsas iştirakçısı olduğu layihəyə görə sanksiyadan kənar tutulmasına səbəb olaraq ABŞ-ın milli maraqları göstəriləcək.

ABŞ-ın Axios xəbər saytı iki mənbəyə istinad edərək bildirib ki, ABŞ-ın “Şimal axını 2” layihəsində yer alacaq şirkətlərlə bağlı sanksiya planları yaxın zamanlarda Konqresə təqdim ediləcək.

Bu plan çərçivəsində bir çox rus gəmilərinə sanksiya tətbiq ediləcək.

“Şimal axını 2” layihəsində fəaliyyət göstərən alman şirkətləri və bu prosesdə fəal iştiak edən Matthias Varniq sanksiyalardan azad olunacaq.

Bəzi analitiklər bunu Bayden hökumətinin Almaniya ilə əlaqələrini “Şimal axını 2” layihəsi səbəbindən pozmaq istəməməsi kimi qiymətləndirir.


Müəllif: Cavad

Oxşar xəbərlər